• DÜNYA

    19:28 5 yanvar 2020

Rusiyada evdə yanğın olub, 4 nəfər ölüb

Rusiyada evdə yanğın olub, 4 nəfər ölüb.

ONA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hadisə yanvarın 4-də gecə Kareliya Respublikasının Boçilovo qəsəbəsində baş verib. Yanğın söndürüldükdən sonra evdə 4 kişinin cəsədi aşkarlanıb.

İstintaqın ilkin versiyasına görə, yanğın odla ehtiyatsız davranma nəticəsində baş verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR