• DÜNYA

    06:24 18 noyabr 2020

Rusiyada fərdi yaşayış evində yanğın nəticəsində beşi uşaq olmaqla 6 nəfər ölüb

Rusiyanın Krasnoyarsk bölgəsində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb, onlardan 5-i uşaq olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Uyar şəhəri, Surikov küçəsi 6 ünvanında baş verib.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Qeud edilib ki, yanğın 15 kvadratmetr sahəni əhatə edib.

Yanğının söndürülməsinə 23 canlı qüvvə və 7 texnika cəlb edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR