• DÜNYA

    03:57 23 oktyabr 2019

Rusiyada fermerlər arasında otlaq sahə üstündə atışmada 5 nəfər ölüb

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, Rusiya Federasiyasının Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Sonradan razılaşa bilməyən tərəflər silaha əl atıblar.

Ov tüfəngindən açılan atəş 5 nəfərin ölümünə səbəb olub.

Hadisə yerinə cəlb edilmiş istintaq və əməliyyat qrupu hadisənin başvermə səbələrini araşdırır.

Faktla bağlı cinayət işi açılıb.

Adının çəkilməsini istəməyən şəx “Kanal 112” televiziyasının əməkdaşına bildirib ki, iki milliyyətcə çeçen olan iki ailəsi arasında otlaq sahə üstündə mübahisə uzun müddət imiş davam edirmiş.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR