• DÜNYA

    17:00 3 sentyabr 2019

Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb.

TASS-ın məlumatına görə, hadisə Şimali Qafqazda baş verib. Qəzaya uğrayan "Su-25UB" tipli hücum təyyarəsidir.

Təyyarənin hər iki pilotu katapult edib. Onların taleyi hələlik məlum deyil.

Rusiya Müdafiə Nazirliyinin qəza barədə məlumatında bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı "Su-25UB" tipli təyyarə qəzaya uğrayıb. Xilasedicilər iki pilotun axtarışını davam etdirir. Təyyarə insan olmayan əraziyə düşüb, yerdə dağıntı baş verməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR