Moskvada avtobusda sərnişin münaqişə zəminində iki naməlum şəxs tərəfindən bıçaqlanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumatında bildirilib.
Hadisə Moskva vaxtı ilə 00:50-də Kommunarka rayonunda baş verib. Çoxsaylı bıçaq yarası alan şəxs xəstəxanaya yerləşdirilib.
Cinayəti törədən şəxsin axtarışı davam edir. DİN əməkdaşları tərəfindən hadisənin başvermə səbəbi araşdırılır.