Rusiyanın Murmansk vilayətinin Leninski rayonunda bölgəni istilik və isti su ilə təmin edən anbarda partlayış olub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı anbarın əsas işlək mexanizmlərindən olan 4 silindrindən 3-ü sıradan çıxıb.
Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.
Qeyd edək ki, sözügedən anbar Murmansk vilayətinin istilik və elektrik sənayesində ən böyük müəssisədir.