Rusiyada koronavirusa yoluxanların sayı 280 mini keçib
  • DÜNYA

  • 12:03 17 May 2020

Rusiyada koronavirusa yoluxanların sayı 280 mini keçib

Rusiyada son sutka ərzində daha 9709 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 281 752 nəfərə çatıb.

Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2631 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 67 373 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

ONA

Teqlər: koronavirus Rusiya

OXŞAR XƏBƏRLƏR