• DÜNYA

    12:49 25 oktyabr 2020

Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötüb

Rusiyada son sutka ərzində daha 16 710 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR