• DÜNYA

    03:05 18 dekabr 2020

Rusiyada mağaranı ziyarət edən 10 nəfərlik turist qrupu ilə əlaqə tamamilə kəsilib

Moskvanın Qorki Leninskie kəndi yaxınlığında yerləşən Syan mağaralarını səhər saatlarında ziyarət edən 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə tamamilə kəsilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Təcili Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qrup təxminən saat 11-də Domodedovo şəhər dairəsindəki sözügedən mağaraya daxil olublar: “Qrupdakıların 8 nəfəri 9-12 yaş arasındadır. Təlimatçı uşaqları bir yaşlı şəxslə birlikdə mağaranı gəzməyə göndərib, özü isə çıxışda gözləyib. Saat 19:00-da mağaradan çıxmalı idilər. Onların azdığı güman edilir”.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi faktı təsdiqləyib.

Qeyd edək ki, Syan mağarası silsilə şəklində sünü yaradılıb. Uzunluğu təxminən 20 km-dir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR