Rusiya və MDB ölkələri arasında məlumatların ötürülməsi üçün yeni peyk sistemi tədqiq edilib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, şəxsi peyk rabitə sistemi real vaxt rejimində məlumatların ötürülməsini və səsli rabitəni təmin edəcək.
Bu məqsədlə Rusiya yaxın zamanda ən azı 5 ötürücü peyki orbitə göndərəcək.
Peyk mobil rabitəsi Rusiya və MDB ərazisindən başqa, Avropanın bir hissəsini və Şimal Buzlu okeanı da əhatə edəcək.
Tədqiq olunmuş sistem tanınmış “Thuraya”, “Garuda”, “Inmarsat” sistemləri ilə rəqabət aparacaq.