Rusiyanın Vorkutada (Komi Respublikası) yerləşən mədəndə baş verən dağıntı nəticəsində 4 mədənçi həlak olub.
APA TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə İdarəsi qəza barədə məlumatı təsdiqləyib.
Bildirilib ki, mədəndə kömür daşınması üçün konveyer kəmərinin keçdiyi zolaq çöküb və nəticədə 4 nəfər həlak olub.
Xilasetmə bölmələri hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, digər mədən işçiləri xəsarət almayıb.