Rusiyada mənzildə yanğın olub, 5 nəfər ölüb
  • DÜNYA

  • 14:52 31 Mart 2019

Rusiyada mənzildə yanğın olub, 5 nəfər ölüb

Rusiyanın Nijni Novqorod şəhərində mənzildə yanğın olub, 5 nəfər ölüb.

ONA-nın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə yerli vaxtla saat 09.30 radələrində Nijni Novqorod şəhərinin Strokina küçəsindəki 58 saylı mənzildə baş verib.

Üç nəfər hadisə yerində ölüb, iki nəfər isə həkimə çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ramiz Mikayıloğlu

Teqlər: Rusiya yanğın

OXŞAR XƏBƏRLƏR