Rusiyada mikroavtobus tramvayla toqquşub
  • DÜNYA

  • 03:20 21 Oktyabr 2019

Rusiyada mikroavtobus tramvayla toqquşub

 


Bazar günü axşam Sankt-Peterburqun Krasnoselsky dairəsindəki Desantnikov küçəsində tramvay mikroavtobusla toqquşub. 

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü azyaşlı olmaqla, 16 nəfər xəsarət alıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib ki, hadisə yerli vaxtla saat 18:15-də “K-235” nömrəli mikroavtobusun 60 nömrəli tramvayın qarşısına çıxması nəticəsində baş verib. 
İlkin məlumata görə, mikroavtobus svetaforun qırmızı işığında yolu keçib. 
Əraziyə xilasedicilərlə yanaşı, polis əməkdaşları da cəlb edilib. 
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aprılır.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR