Bu gün Rusiyanın Rostov vilayətinin Konstantinovsk şəhərində minik avtomobili Don çayına düşüb.
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11.40 radələrində baş verib.
Şahidlər avtomobildə 3-4 nəfərin olduğunu bildiriblər. Hadisə yerinə dalğıclar və xüsusi texnikalar göndərilib.