Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
  • DÜNYA

  • 02:49 28 Noyabr 2020

Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb

Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib.

Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə “Lada Priora” markalı minik maşını toqquşub. 

Avtomobilin sürücüsü və üç sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış iki cəsədi yararsız hala düşmüş avtomobildən çıxarıb.

Qəzanın səbəbi araşdırılır. 

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR