• DÜNYA

    07:15 11 yanvar 2020

Rusiyada naməlum şəxs kənd sakinini travmatik silahla öldürüb

Moskvanın ətraf şəhərlərindən birində travmatik silahla törədilmiş ölüm hadisəsi qeydə alınıb.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, hadisə Odintsovo rayonunun Kubinka kəndində baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs Kubinka kənd sakininə travmatik silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxsin şəxsiyyətini müəyyənləşdirir. Onun axtarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR