• DÜNYA

    00:51 10 sentyabr 2020

Rusiyada nazir müavini dələduzluğa görə həbs olunub

Moskvanın Basman Məhkəməsi ölkənin Energetika nazirinin müavini Anatoli Tixonovun 600 milyon rubldan çox pulu mənimsəməsi ittihamı üzrə həbsini sanksiyalaşdırıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə zalından məlumat yayıb.

“Məhkəmə qərar verdi: müstəntiqin vəsatətini təmin edilsin, həbs qətimkan tədbiri seçilsin”, - deyə məhkəmənin hakimi Valentina Levaşova qərarı elan edib.

Qeyd edək ki, İstintaq Komitəsi A.Tixonovu, onun məsləhətçisi Roman Rıjkovu, “Lanit” şirkətinin vitse-prezidenti Vladimir Makarovu və Viktor Serebryakovu böyük məbləğdə dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi) ittiham edib və 8 noyabr tarixinə qədər həbs olunmasını istəyib.

İstintaqa görə, Tixonov vəzifə saxtakarlıqlarını “Rusiya Energetika Agentliyi” dövlət müəssisəsinin direktoru olduğu zamanlarda həyata keçirib. Onun Energetika Nazirliyi tərəfindən informasiya sisteminin yaradılması məqsədilə ayrılan azı 603 milyon rublu mənimsədiyi bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR