Rusiyanın Komsomolsk-na-Amure şəhərində yerləşən neft emalı zavodunda yanğın baş verib.
ONA-nın RT-yə istinadən yaydığı xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xabarovsk vilayətinin 50-dən çox şəxsi heyəti və 14 ədəd texnikası cəlb olunub.
Hadisə yerindən gələn ilk kadrlarda zavod üzərində alov və güclü tüstünün olduğu görünür.