Rusiyada ötən il 18 milyona yaxın əcnəbi vətəndaş miqrasiya qeydiyyatına alınıb.
ONA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə Baş İdarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, 2018-ci ildə 17,7 milyondan çox xarici vətəndaş miqrasiya qeydiyyatına alınıb. 2017-ci ildə isə bu göstərici 15,71 milyon nəfər olub.
İdarədən o da bildirilib ki, 2018-ci ildə xarici vətəndaşlar və vətəndaşlığı olmayanlar üçün 1,67 milyon patent (əmək fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi icazə) verilib.