• DÜNYA

    16:01 1 dekabr 2019

Rusiyada avtobusun körpüdən çaya düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Zabaykal diyar qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, avtobusda 43 sərnişin olub.

Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.

***

saat 12.14

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 10 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, şəxsi sahibkara məxsus avtobusda 43 turist olub.

***

saat 12.14

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 4 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, şəxsi sahibkara məxsus avtobusda turistlər olub.

***

saat 11.35

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.

ONA-nın “REN TV” telekanalına istinadən verdiyi məlumata görə, avtobusda 18 sərnişin olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR