Rusiyada son sutka ərzində daha 11 656 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.
Son sutka ərzində 94 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 2009-a çatıb. Sağalanların sayı 39 801 nəfərdir.