Rusiyada son sutkada daha 663 nəfər koronavirusdan ölüb
  • DÜNYA

  • 14:12 04 İyul 2021

Rusiyada son sutkada daha 663 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 25 142 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 610 941 nəfərə çatıb.
Son sutka ərzində 663  nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 137 925 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR