• DÜNYA

    13:29 29 avqust 2021

Rusiyada son sutkada koronavirusdan daha 797 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 19 286 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 882 827 nəfərə çatıb.
Son sutka ərzində 797 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 181 637 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR