• DÜNYA

    13:40 5 aprel 2019

Rusiyada uşaqlara ən çox qoyulan adlar açıqlanıb

“Russian Today” Rusiyada uşaqlara ən çox qoyulan adların siyahısını açıqlayıb.

ONA-nın məlumatına görə, regional VVAQ şöbələrinin 2013, 2015 və 2016-2018-ci illər üzrə hesabatlarına əsasən, Rusiyada ən geniş yayılmış oğlan adı Artyomdur. Bu ad ölkənin 34 şəhərində daha çox istifadə olunur.

Rusiyada körpələrə qoyulan adlar içərisində Aleksandr adı ikinci yerdə qərar tutub. Bu ad həm də 10-a yaxın vilayətdə, o cümlədən Moskva və Sankt-Peterburqda birinci sıradadır.

Rusiyada qızlara daha çox Sofiya adı qoyulur. Ən çox qoyulan qız adları üçlüyündə ikinci yerdə Anastasiya, 3-cü yerdə Viktoriyadır. Ən məşhur qız adları sırasında Arina, Kseniya, Adelina, oğlan adları sırasında isə Maksim və Roman adları da çəkilir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR