• DÜNYA

    02:50 14 sentyabr 2020

Rusiyada vahid səsvermə günü başa çatıb

Rusiyada vahid səsvermə günü ictimai asayiş pozuntusu olmadan başa çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi açıqlamasında qeyd olunub.

“Bütün hüquq-mühafizə orqanlarının koordinasiyalı hərəkətləri sayəsində seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntulara yol verilməyib. Səsvermə bitdikdən sonra polis seçki sənədlərinin ərazi seçki komissiyalarına daşınması zamanı təhlükəsizliyi təmin edib və səslərin sayılması başa çatana qədər polisin xidməti davam edəcək”, - məlumatda belə deyilir.

Qeyd edək ki, bundan bir qədər əvvəl DİN rəhbərinin birinci müavini Aleksandr Qorovoy da seçki nəticələrinə təsir göstərə biləcək hər hansı qanun pozuntusunun aşkar edilmədiyini bildirmişdi. Ümumilikdə seçki kampaniyası başlayandan bəri bütün səviyyədə daxili işlər orqanlarına müxtəlif istiqamətlərdə 2539 məlumat daxil olub. Məlumatlar əsasən təbliğat-təşviqat qaydalarının pozulması, təşviqat materiallarının məhv edilməsi, seçicilərin rüşvətlə ələ alınması, komissiyaların işinə müdaxilə, bülletenlərin qanunsuz verilməsinə aid olub.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR