Rusiyada xizək sürmə zamanı itkin düşən turistin meyiti tapılıb - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 08:22 28 Mart 2021

Rusiyada xizək sürmə zamanı itkin düşən turistin meyiti tapılıb - YENİLƏNİB

Rusiyanın Murmansk vilayətinin Xibinya ərazisində 4 nəfərdən ibarət turist qrupunun itkin düşən üzvünün cəsədi tapılıb.

2008-ci il təvəllüdlü Sankt-Peterbuq sakininin meyiti xilasedicilər tərəfindən Aykuayvençor dağının yamaclarında aşkar edilib. 

***

01.49

Rusiyanın Murmansk vilayətinin Xibinya məntəqəsində Sankt-Peterbuqdan gələn 4 nəfərdən ibarət xizək sürən turist qrupunun üzvlərindən biri itkin düşüb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin Kirovsk regional bölməsinin xilasediciləri axtarışa başlayıb. 

Turistin dağ yamacından yıxıldığı ehtimal edilir. 

Axtarış-xilasetmə işlərinə 9 nəfər heyət üzvü və 6 texnika cəlb edilib. Qrupun hərəkət etdiyi marşrut üzrə axtarışların davam etdiyi bildirlir. 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR