• DÜNYA

    12:33 23 mart 2019

Rusiyada yanğında dörd nəfər ölüb

Rusiyanın Lipetsk vilayətində tərəvəz saxlanılan yerdə faciə ilə nəticələnən yanğın baş verib.

ONA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 800 kv/m olan saxlanğıcda baş verən yanğının söndürülməsinə 34 yanğınsöndürən və 14 texnika cəlb olunub.

Yanğının qarşısı alınsa da, dörd nəfəri ölümdən xilas etmək mümkün olmayıb.

Meyitlər yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Səbəblər araşdırılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR