Rusiyada minik avtomobili çənində 22 ton xam neft olan yük maşını ilə toqquşub.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Samara vilayətində, Samara-Dimitrovqrad-Ulyanovsk yolunun 54-cü kilometrində baş verib.
“Kia Sportage” markalı minik avtomobili qarşı yola çıxaraq “Scania” markalı yük maşını ilə toqquşub. Zərbədən yük maşını aşıb və yanmağa başlayıb.
Qəza nəticəsində hər iki maşının sürücüsü və “Kia Sportage”də olan sərnişin həyatını itirib.