• DÜNYA

    07:40 27 oktyabr 2019

Rusiyada yol qəzasında 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Rusiyanın Kirov şəhərinin Perevoz kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, “Ford” markalı mikroavtobusla “VAZ” markalı mink avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin regional şöbəsinin məlumatına görə,
ölənlərdən biri 2004-cü il təvəllüdlü yeniyetmə olub.

Xəstəxanaya yerləşdirilən Yaralılar arasında isə səkkiz yaşlı uşaq ağır xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR