Rusiyalı nümayəndə heyəti Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə etmək üçün tezliklə Ankaraya səfər edəcək.
APA xəbər verir ki, bu barədə bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.
Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ordusunun İdlib vilayətinə hücumları dayandırması və fevral ayında Türkiyənin nəzarətində olan yaşayış məntəqələrindən geri çəkilməsi üçün rusiyalı həmkarı Vladimir Putini Suriya Prezidenti Bəşər Əsədə təzyiq göstərməyə çağırıb. Əks təqdirdə hərbi yolla cavab veriləcəyini bildirib.
“Türkiyə və RF Prezidentləri tezliklə bizə Rusiyadan hərbi nümayəndələrin gələcəyi barədə razılıq əldə ediblər. Bizim İdlibəki müşahidə məntəqələrimiz Soçi razılaşması çərçivəsində qalacaq, burada heç bir dəyişiklik olmayacaq, sərhədlər də (de-eskalasiya bölgəsi) dəyişilməyəcək”, - jurnalistlərlə görüşündə Qalın belə deyib.
Onun sözlərinə görə, Türkiyə İdlibdə iki ölkənin müşahidə məntəqələrinin yerləri barədə RF ilə razılığa gəlib: “ Biz rusiyalı hərbçilərlə məntəqələrimizin təhlükəsizliyinin təmin olunması barədə də danışacağıq”.