• DÜNYA

    11:00 25 iyul 2021

Rusiyanın Amur vilayətinin davada xəsarət alan naziri ölüb

Rusiyanın Amur vilayətinin rəqəmsal inkişaf və rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Amur vilayətinin qubernatoru Vasiliy Orlov A. Kurdyukovun ötən gecə vəfat etdiyini bildirib.

Qeyd edək ki, A. Kurdyukov ötən həftə “Berloqa” turizm bazasında davada iştirak etmiş, daha sonra da aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR