• DÜNYA

    04:01 28 dekabr 2019

Rusiyanın “Avanqard” hipersonik raket sistemi ilk dəfə olaraq döyüş hazırlığı vəziyyətinə gətirilib


Rusiya ilk dəfə olaraq müasir “Avanqard” hipersonik raket sistemini arsenalına daxil edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Ordu generalı Sergey Şoyqu dekabrın 27-də saat 10:00-da prezident Vladimir Putinə raport verərək məruzə edib ki, “Avanqard” strateji kompleks ilk dəfə olaraq Raket alayına təhvil verilib.

Şoyqu bildirib ki, döyüş başlığı ilə təchiz edilmiş qitələrarası qanadlı ballistik “Avangard” strateji raket sisteminin döyüş hazırlığı vəziyyətinə gətirilməsi Rusiya üçün əlamətdar hadisədir. O, eyni zamanda əlamətdar hadisə ilə əlaqədar Rusiya Raket Qüvvələrini təbrik edib.

Qeyd edək ki, yeni sistem “NPO Maşinostroeniya” (Reutov, Moskva vilayəti) tərəfindən hazırlanıb. 2004-cü ildən bəri sınaqdan keçirilib. Qurğu atmosferin sıx qatlarında yüksək səs sürəti ilə uçaraq, kurs və hündürlük boyu manevr etmək qabiliyyətinə malikdir. Eyni zamanda raket ona yönləndirilmiş digər maneələri dəf etmək iqtidarındadır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR