26 illik üzvlükdən sonra bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.
APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.
“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”, - qeyd olunub.
Qeyd edək ki, Rusiya Avropa Şurasına 1996-cı il fevralın 28-də qoşulmuşdu. Rusiyanın beynəlxalq təşkilatda fəaliyyətinin dayandırılması onun Ukraynaya hərbi hücumu ilə bağlıdır.