Şənbə günü Rusiyanın Çelyabinsk vilayətindəki yaşayış evlərindən birində beş insan cəsədi tapılıb.
ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölənlərdən ikisi qadın, ikisi kişi, biri isə dörd yaşlı oğlan uşağıdır.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.