“Forbes” jurnalı Rusiyanın ən varlı biznesmenlərinin siyahısını açıqlayıb.
ONA-nın məlumatına görə, reytinqə “Sibur” və “Novatek” şirkətlərinin ən böyük sərmayədarı Leonid Mielson liderlik edir. Onun sərvəti 24 milyard dollar məbləğində dəyərləndirilir.
İkinci yerdə 21,3 milyard dollar sərvətlə Novolipetsk Metallurq Kombinatının Direktorlar Şurasının sədr Vladimir Lisin qərarlaşıb. Üçüncü yeri 20,7 milyard dollara sahib olan “Lukoil”in prezidenti Vahid Ələkbərov tutub. Ən varlı rusiyalı qadın Yelena Baturina siyahıda 81-ci yerdə qərarlaşıb. Onun sərvəti isə 12, milyard dollardır.
Ümumilikdə reytinqə 200 biznesmenin adı daxildir. Onların ümumi sərvəti 496 milyard dollar hesablanır.