Rusiya Qara dəniz Donanması Sevastopolda qərargah ərazisinə zərbə endirildiyini açıqlayıb.
ONA xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını bildirib.
Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.