Rusiyanın bu gün səhər saatlarında Ukraynanın müxtəlif şəhərlərinə genişmiqyaslı hava hücumu zamanı ölənlərin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin "Facebook" hesabında məlumat verilib.
Bildirilib ki, indiyə qədər olan məlumata görə bu kütləvi hava zərbələri nəticəsində 18 nəfər həlak olub, 132 nəfər yaralanıb. "47 fərdi yaşayış binası, 9 yaşayış binası, iki inzibati bina, yardımçı tikililər, 39 minik avtomobili, xəstəxana və sanatoriyalar, qarajlar, yanacaqdoldurma məntəqəsi, anbar, məktəb, kilsə, ticarət mərkəzi, doğum evi ciddi zədələnib. Hər bir terrorçu törətdiyi cinayətlərə görə cavab verəcək", Ukrayna DİN paylaşımında bildirib.
Daxili İşlər Nazirliyi qeyd edib ki, hələ də itkinlərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir ona görə də qurbanlar haqqında məlumatlar tez-tez dəyişə bilər.