• DÜNYA

    00:12 16 noyabr 2020

Rusiyanın yeni təyin olunmuş Nəqliyyat naziri koronavirusa yoluxub

“Rusiyanın yeni təyin olunmuş Nəqliyyat naziri Vitali Savelyev koronavirusa yoluxub”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edilib ki, nazirin koronavirusla bağlı verdiyi testin cavabı müsbət olub və bu səbəbdən o, tələblərə uyğun olaraq özünütəcrid qaydalarına riayət etməlidir: “Nazirin vəzifələrini müvəqqəti olaraq birinci müavini - Federal Hava Nəqliyyat Agentliyinin rəhbəri Aleksandr Neradko icra edəcək”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR