Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bildirib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
“Heç bir vəzifə, o cümlədən Gürcüstanın baş naziri vəzifəsi məni maraqlandırmır. Amma fiziki olaraq harada olacağım barədə yaxın günlərdə məlumat verəcəm”, - Saakaşvili belə deyib.
Qeyd edək ki, buna qədər müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri M.Saakaşvilini baş nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər.