• DÜNYA

    13:19 31 dekabr 2021

Saakaşvili nikahdankənar qızının olduğunu etiraf edib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.
ONA-nın məlumatına görə, bu barədə sabiq Prezident “Facebook” səhifəsində yazıb.
M. Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.
Sabiq Prezident qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR