Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukryanaya qayıdıb.
ONA-nın Gürcüstan bürosu "Rustavi 2" telekanalına istinadən xəbər verir ki, artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.
Bu gün M. Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək.
Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. M. Saakaşvili ötən həftə V. Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib.