Sabah Gürcüstanda keçiriləcək növbədənkənar seçkilərdə 402 091 nəfər səsvermə hüququndan istifadə edə biləcək.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, səsvermə ölkə üzrə 410 seçki məntəqəsində baş tutacaq. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze açıqlama verib. O bildirib ki, səsvermə bülletenləri azərbaycanlıların çoxluq təşkil etdiyi rayonlarda gürcü və Azərbaycan dillərində seçicilərə təqdim olunacaq.
Qeyd edək ki, sabah keçiriləcək növbədənkənar seçkiləri izləmək üçün ölkə üzrə 47 müxtəlif təşkilatdan ümumilikdə 6 139 müşahidəçi və 1 917 media nümayəndəsi qeydiyyatdan keçib.