İran xarici işlər naziri Hüseyn Əmirabdullahiyan Türkiyəyə səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, səfər iyun ayının 6-da baş tutacaq.
Qeyd edək ki, bu səfər Hüseyn Əmirabdullahiyanın Türkiyəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.