Avstriyada noyabrın 15-dən yeni növ koronavirusla (COVİD-19) bağlı vəziyyətin kəskinləşməsi səbəbindən peyvənd olunmayan və koronavirusa yoluxaraq sağalmamış insanlara karantin rejimi tətbiq olunacaq.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstriya kansleri Aleksander Şallenberq bildirib.
Aleksander Şallenberq deyib ki, peyvənd olunmayanlar evdən ancaq supermarketə, aptekə, ehtiyacı olanlara kömək, iş və gəzinti üçün çıxa biləcəklər. Noyabrın 8-dən peyvənd olunmayanlar artıq restoran, kafe, közəllik və masaj salonlarına, fitnes mərkəzlərinə, kino, teatra, o cümlədən otelə daxil ola bilmirlər.
Kansler qeyd edib ki, artıq pandemiyanın dördüncü dalğası ölkəni əhatə edib: “Buna görə də bu gün qərara gəldik ki, sabahdan peyvənd olmayanlara karantin tətbiq edək. Bu, 12 yaşdan yuxarı insanların çölə çıxmasının məhdudlaşdırılmasıdır. Yaşayış yerini istisna hallarda tərk etmək mümkün olacaq”.