• DÜNYA

    07:32 28 mart 2019

Sabiq FTB rəhbəri Trampı ədalətin qarşısını almaqda ittiham edib

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq rəhbəri Ceyms Komi bildirib ki, prezident Donald Tramp onu “Rusiya məsələsi” ilə əlaqədar aparılan araşdırmalardakı “məyusluğuna” görə vəzifəsindən kənarlaşdırıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “NBC News” məlumat yayıb.

“Düşünürəm ki, bu, ədalətə potensial maneədir”, - Komi belə deyib.

Onun sözlərinə görə, Trampın bəzi qərarları “ciddi suallar” doğurur. Komi, həmçinin ümid edir ki, Trampın ona qarşı münasibətini bir gün “kimsə” araşdıracaq.

Qeyd edək ki, “Fox News” telekanalı prezident Donald Trampın C.Komiyə ünvanlanmış cavabını yayımlayıb. Tramp bildirib ki, o, sabiq FTB rəhbərini “heç bir səbəb olmadan” da vəzifəsindən kənarlaşdıra bilərdi.

Prezident bildirib ki, Komini seçkilərdə “Rusiya müdaxiləsi”nə görə kənarlaşdırmayıb, əksinə, FTB rəhbəri kimi onun işindən narazı olub.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR