Böyük Britaniya şahzadəsi Çarlz həyat yoldaşı Kamilla ilə birgə Kubaya rəsço səfər edib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, bu, Böyük Britaniya kral ailəsi üzvünün Kubaya tarixdə ilk rəsmi səfəridir.
Cütlük Kubanın milli qəhrəmanı Xose Martinin abidəsini ziyarət edərək əklil qoyub.
Kral cütlüyü Kubada 3 gün qalacaq. Onlar səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, mədəniyyət mərkəzini ziyarət edəcəklər.