• DÜNYA

    19:38 7 mart 2019

Zurabişvili: "Gürcüstan Aİ və NATO-ya daxil olmaq planlarından imtina etməyəcək"

Gürcüstan Avropa İttifaqına və NATO-ya daxil olmaq planlarından imtina etməyəcək.

ONA xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili litvalı həmkarı Dalya Qribauskayte ilə Vilnüsdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Gürcüstan Avropa İttifaqı və NATO-ya üzvlük yolunda göstərdiyi səylərdən yorulmayıb. Biz bu məsələyə eyni zamanda realist və ambisiyalı yanaşırıq”, - deyə S.Zurabişvili qeyd edib. Onun sözlərinə görə, Gürcüstan bu yolda zəruri islahatları davam etdirir.

Prezident vurğulayıb ki, Aİ və NATO yeni maneələrlə üzləşir və Gürcüstan bunu nəzərə almalıdır: “Ancaq bu o demək deyil ki, biz avrointeqrasiya templərini yavaşladacağıq”.

Litva prezidenti Dalya Qribauskayte Gürcüstanı islahatlar tempini qorumağa çağırıb. Onun sözlərinə görə, lazımi obyektiv və subyektiv siyasi şərait yaranacağı halda, Gürcüstan Avropa İttifaqı və NATO-ya üzv ola bilər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR