Gürcüstan prezidenti Salome Zurabişvilinin payızda ABŞ-a planlaşdırılan rəsmi səfəri baş tutmayacaq.
ONA xəbər verir ki, bu barədə “Rustavi 2” televiziyası mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, səfərə hazırlıq martda başlayıb və bunun üzərində Gürcüstan Xarici İşlər Nazirliyi çalışırdı.
Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası məsələ ilə bağlı hələ ki şərh verməyib.
Qeyd edək ki, ötən gün “Amerikanın Səsi” radiostansiyasına verdiyi müsahibəsində prezident Salome Zurabişvili Gürcüstanda ABŞ hərbi bazasının tikintisinin məqsədəuyğun olmamasını bildirmişdi.