Salvador sahillərində Rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühitin və təbiət resurslarının mühafizəsi nazirliyi özünün "Twitter" səhifəsində məlumat yayıb.
Zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss olunub. Seysmoloqların dediyinə görə, zəlzələnin episentri Çinandeqa şəhərindən 77 km qərbdə, 100 km dərinlikdə qeydə alınıb.