• DÜNYA

    02:39 8 aprel 2019

Samarada meteorit düşdüyü ehtimal olunur - VİDEO

Rusiyanın Samara şəhərində göydə parlaq alışma müşahidə olunub və videoya düşüb.

ONA RİA Novosti-ya istinadən xəbər verir ki, video “VKontakte” sosial şəbəkəsində yerləşdirilib.

Samara sakinləri parlaq işıq gördüklərini, sonra partlayışa bənzəyən güclü səs eşitdiklərini bildiriblər.

Yerli astronomiya həvəskarları meteorit düşdüyünü ehtimal edirlər.

Samara vilayəti üzrə FHN-dən isə bildiriblər ki, dünən gecə bölgənin mərkəzi və cənub zonalarında güclü səs eşidilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR